Dünya ictimaiyyəti günahsız insanların qətlinə göz yummamalıdır - İLHAM ƏLİYEV

  • By admin
  • 05 İyul 2017 23:10

musavira-ilya-2

“Dünya ictimaiyyəti günahsız insanların qətlinə göz yummamalıdır”.

Gununsesi.info-nun məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev “Twitter” səhifəsində yazıb.

İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri – 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

Gununsesi.info