“Səbail” Türkiyədə beş yoxlama oyununda qüvvəsini sınayacaq

  • By admin
  • 05 İyul 2017 22:47

sabail klubu

İyulun 10-dan 27-dək Türkiyənin Kartepe qəsəbəsində təlim-məşq toplanışında olacaq Bakının “Səbail” futbol klubunun yoldaşlıq oyunu keçirəcəyi rəqibləri müəyyənləşib.

Gununsesi.info kluba istinadla xəbər verir ki, komandamızın ilk rəqibi iyulun 13-də Omanın U-23 yığması olacaq. İyulun 15-də son mövsümü İran Pro-liqasını 4-cü pillədə başa vuran “Zob Ahan”la üz-üzə gələcək “aslanlar” iyulun 20-də Səudiyyə Ərəbistanını təmsil edən “Əl İttifaq” ilə qarşılaşacaqlar. Üç gün sonra “Səbail”in rəqibi Özbəkistan təmsilçisi “Paxtakor” olacaq.

Komandamız hazırlıq prosesi çərçivəsində son oyununu iyulun 26-da Səudiyyə Ərəbistanının “Əl Raed” komandasına qarşı keçirəcək.

Gununsesi.info