Toya hazırlaşan xanımlar 3 günə arıqlayacaq – BU XƏBƏRDƏ

  • By admin
  • 24 İyun 2016 14:56

toy

 

 

Yayın gəlməsiylə birlikdə toy mövsümü də başlayır. Gənc qızların xəyalını qurduğu bu xüsusi gündə qüsursuz görünmək istəmələri təbii haqlarıdır. Qızlar istədiyi və seçdiyi gəlinlik paltarlarının əyinlərində gözəl və incə görünməsi üçün ciddi pəhrizlər saxlamaq məcburiyyətində qalırlar. Lakin elə etmək lazımdır ki, toy günü üzünüzdə yorğunluq və aclıq hiss olunmasın. Əgər bədəninizdən taqət getsə, etdiyiniz makiyaj da üzünüzə hopmayacaq, saçlarınız də istədiyiniz düzülüşə girməyəcək. Elə isə, gəlinlər necə qidalanmalı və hansı pəhrizlərə müraciət etməlidirlər? Gununsesi.info sizi türkiyəli dietoloq Aişə Tuğba Şengelin təqdim etdiyi gəlinlik pəhrizi ilə tanış edir. 3 gün bu cür qidalanmaqla arzu etdiyiniz nəticə əldə edə bilərsiniz.

 

İlk növbədə bu pəhrizdə 5 məqama diqqət etmək vacibdir. Gəlinlər nə qədər sağlam qidalanarlarsa, toy günü də özlərini o qədər yüngül hiss edər və qüsursuz görünərlər: “Toy hazırlıqları ərəfəsindəki qaçhaqaç gəlinlərin toydan əvvəl fiziki fəaliyyətinin artmasına kömək olur. Gərgin keçən bu günlərdə qarşınıza çıxan çətinlikləri isə kiçik bir davranış dəyişikliyi ilə öz xeyrinizə çevirə bilərsiniz. Düz bir qarın və incə belin əslində xəyal olmadığını görəcəksiniz”.

 

Bunun üçün…

1.Konservləşdirilmiş və çox duzlu məhsullardan uzaq dayanın. Duzlu qidalar yesəniz, bədəndə su tutumu çox olar. Bu səbəbdən şiş meydana gələr, şişmiş qarın və bədən isə toy günü gəlini narahat edəcək.

2.Sadə karbohidrat yeməyə çəkinməyin. Çünki keyfiyyətsiz karbohidratlar şəkər tarazlığının pozulmasına səbəb olur, insan özünü halsız və yorğun hiss edər. Toydan əvvəl daha çox enerji verən zülal qrupundan olan qidalar yemək daha doğrudur.

3.Qaz yaradan qurupaxlalılar, turş və qazlı içkilər, yağlı yeməklərdən mütləq uzaq dayanın.

4.Su içməyi artırın. Toy təlaşı içərisində hiss etdiyiniz susuzluq və aclıq qarışdırıla bilər. Yemək yerinə mütləq su içməyə yönəlin. Su içməsəniz, halsız və yorğun olarsınız.

5.Toydan əvvəl stress və həyəcanla bağlı olaraq qəbizlik və şiş meydana gələ bilər. Bitki çayları içərək, stressinizi azalda bilərsiniz. Qəbizlik və şişin qarşısını almaq üçün gilas saplağı və bibəriyə dəmləyib içə bilərsiniz.

Toydan əvvəl edə biləcəyiniz 3 günlük gəlinlik pəhrizi

1-ci gün

Yuxudan oyandıqda: 1 stəkan su + 2 dənə quru ərik

Saat 09:00: 1 qaynanmış yumurta, 1 dilim proteinsiz çörək

Saat 10:30: 2 incə dilim ananas, 2 ədəd qoz

Saat 13:00: 120 qram yağsız qızardılmış mal əti, 1 kasa kələm şorbası

Saat 15:30: 1 ədəd kivi, 6 ədəd çiy badam

Saat 19:00: 1 kasa qatıq, 10 qaşıq balqabaq yeməyi

Saat 21:00: 10 dənə çiyələk, 6 ədəd çiy fındıq

2-ci gün

Oyandıqda: 1 stəkan su + 2 dənə quru ərik

Saat 09:00: 1 dilim pendir (az yağlı), 6 ədəd duzsuz zeytun, 1 dilim proteinsiz çörək

Saat 10:30: 10 ədəd təzə ərik, 2 ədəd qoz

Saat 13:00: 120 qram yağsız qaynatma toyuq, 1 kasa az yağlı qatıq

Saat 15:30: 1 dilim pendir, 1 dənə çubuq suxari

Saat 19:00: 12 yemək qaşığı ispanaq yeməyi, 1 kasa az yağlı qatıq

Saat 21:00: 2 incə dilim ananas, 6 ədəd çiy fındıq

3-cü gün

Oyandıqda: 1 stəkan su, 2 ədəd quru ərik

Saat 09:00: 1 qaynatma yumurta, 1 dilim özü pulsuz çörək

Saat 10:30: 1 ədəd kivi, 6 ədəd çiy badam

Saat 13:00: 12 yemək qaşığı pərpətöyün, 1 dilim proteinsiz çörək

Saat 15:30: 10 ədəd çiyələk, 2 ədəd qoz

Saat 19:00: 12 yemək qaşığı ispanaq, 1 kasa az yağlı qatıq

Saat 21:00: 1 kiçik boy alma və ya 2 incə dilim ananas