“Toyota-Prado” “Zil”lə toqquşdu: 4 NƏFƏR XƏSARƏT ALDI

  • By admin
  • 01 Avqust 2017 10:24
598022e9898a2_qeza_1237575-1
Bu gün Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib. 
Gununsesi.info apa-ya istinadən xəbər verir ki, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “Toyota-Prado” markalı avtomaşınla “Zil” markalı yük maşını toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Gununsesi.info