
Növbəti mövsümün hazırlıqlarını Macarıstanda davam etdirən “Trabzonspor” sabah yoxlama matçında qüvvəsini sınayacaq.
Gununsesi.info xəbər verir ki, Qara Dəniz təmsilçisi Avstriyanın”Qarabağ” klubu ilə qarşılaşacaq. Vyana təmsilçisi ilə matç “ETO Park Stadium”da baş tutacaq və Bakı vaxtı ilə 21:30-da start götürəcək.
Qeyd edək ki, azərbaycanlıların yaratdığı “Qarabağ” klubu Avstriya 4-ci Liqasında çıxış edir. Klubun idarə heyəti dörd Azərbaycan və iki Avstriya vətəndaşından ibarətdi.
Gununsesi.info