Tramp -Rusiya və Çin güclü ölkələrdir, onlarla yaxşı münasibət qurmaq lazımdır

  • By admin
  • 20 İyun 2019 09:44

ABŞ Prezidenti Donald Tramp G20 sammitində rusiyalı həmkarı Vladimir Putin və Çin sədri Si Cinpinlə görüşəcəyini təsdiq edib.

“RİA Novosti” xəbər verir ki, bunu Ağ Evin başçısı “Fox News”a müsahibəsində deyib.

“Mən Rusiya ilə münasibətləri yoluna qoymaq istəyirəm və düşünürəm ki, belə də olacaq. Mən Çin ilə də yola getmək istəyirəm və bunu da düşünürəm. Mən gələn həftə Yaponiyada keçiriləcək G20 sammitində onların hər ikisi ilə görüşəcəyəm”, – deyə Tramp bildirib.

Onun sözlərinə görə, Rusiya və Çin güclü ölkələrdir və onlarla yaxşı münasibət qurmaq gərəkdir.

Gununsesi.org