Tramp Almaniya və Fransa rəhbərləri ilə Putinin bəyanatlarını müzakirə edib

  • By admin
  • 03 Mart 2018 08:40

ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makron və Almaniyanın kansleri Angela Merkel ilə telefon danışığı aparıb.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat verib.

Söhbət zamanı tərəflər Rusiya prezidenti Vladimir Putinin yeni nüvə silahlarının istehsalı ilə bağlı son bəyanatlarını müzakirə ediblər.

“Tərəflər razılığa gəliblər ki, Vladimir Putinin nüvə silahlarının inkişafına dair bəyanatları Rusiya ilə Qərb arasında bir sıra məsələlər ətrafında müzakirələri puç edir”, məlumatda deyilir.

Gununsesi.info