Tramp daha bir türk liderlə görüşür: 8,5 milyardlıq saziş

  • By admin
  • 15 May 2018 14:34


Özbəkistan Prezidenti Şövkət Mirziyayev ABŞ-a səfər edib.

Gununsesi.info xəbər verir ki, bu barədə informasiyanı UzA agentliyi yayıb. Mirziyayevi Moskvada ABŞ Dövlət Departamentinin rəsmiləri qarşılayıblar. Onun ABŞ-da Donald Trampla görüşəcəyi vurğulanıb.

Qeyd edək ki, Mirziyayevin səfəri zamanı ABŞ-la Özbəkistan arasında 40 sənədin imzalanması nəzərdə tutulub. Razılaşmaların ümumi dəyərinin 8,5 milyard dollar olacağı bildirilib.

Bundan öncə Qazaxıstan lideri Nursultan Nazarbayev də ABŞ-a səfər edərək Donald Trampla görüşmüş və çoxsaylı müqavilələr imzalamışdı.

 

Gununsesi.info