Dopinqə görə dünya çempionatını buraxacaq

  • By admin
  • 15 May 2018 14:22


Peru millisinin kapitanı Paolo Gerrero dünya çempionatında komandasına kömək edə bilməyəcək.

Gununsesi.info xəbər verir ki, buna onun cəzalanması səbəb olub. Bu ay başa çatmalı olan dopinqdən istifadəyə görə futbol oynama qadağasının müddəti artırılıb. FIFA-nın İdman Arbitraj Tribunalı Dünya Anti-Dopinq Agentliyinin cəzanı daha 6 ay uzatmaq tələbini qəbul edib.

Beləliklə, 34 yaşlı kapitanın 36 ildən sonra mundiala vəsiqə əldə edən yığmaya yardım edə bilməyəcəyi təsdiqlənib.

Gununsesi.info