Tramp İsrailə də xəbərdarlıq etdi

  • Müəllif: admin
  • 03 Fevral 2017 16:38

tramp

Seçki kampanyası dövründə İsrailə şərtsiz dəstək verəcəyini açıqlayan ABŞ prezidenti Donald Tramp Təl-Əvivə ilk xəbərdarlığını edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, D. Tramp İsrailin Fələstin torpaqlarında yeni evlər tikməkdə davam etməsinin iki ölkə arasında sülhün təmin edilməsinə əngəl olduğunu deyib və tikintinin dayandırılmasını tələb edib.

Belə ki, Ağ Evin mətbuat katibi Şon Spayser bildirib ki, fevralda İsrailin Baş naziri Benyamin Netanyahunun Amerikaya səfəri planlaşdırılır. B. Netanyahu ilə D. Tramp arasında baş tutacaq görüşdə, İsrailin Fələstin torpaqlarında yeni evlərin tikintisinin davam etməsi məsələsi də müzakirə ediləcək.

Anar

Gununsesi.info