Tramp məzuniyyətini yarımçıq qoyaraq Vaşinqtona qayıdıb

  • Müəllif: admin
  • 14 Avqust 2017 19:09

tramp

 

ABŞ prezidenti Donald Tramp məzuniyyətini yarımçıq qoyaraq Vaşinqtona qayıdıb.

APA-nın xəbərinə görə, bu barədə o, “Twitter”də yazıb. “Bu səhər Vaşinqtona qayıdıram. Çoxlu iş görmək lazımdır. Ticarət də hərbi məsələlər üzərində diqqəti cəmləşdirəcəyəm”, – deyə Tramp qeyd edib.

Xatırladaq ki, D. Tramp avqustun 4-də 17 günlük “işgüzar məzuniyyət”ə yollanıb. Onun sözçüləri bildiriblər ki, Ağ Evdə soyutma və isitmə sistemləri təmir olunduğu üçün prezident məzuniyyətə gedir və orada çalışacaq.

 

Gununsesi.info