Tramp Meyin istefasından danışdı - “O, çox xoşuma gəlirdi”

  • By admin
  • 24 May 2019 21:40

ABŞ prezidenti Donald Tramp Britaniyanın baş naziri Tereza Meyin istefa qərarına münasibət bildirib.

“Qafqazinfo”  xaici KİV-ə istinadən xəbər verir ki, Tramp Meyin istefasına görə çox təəssüfləndiyini deyib:

“Təəssüf edirəm. O, mənim çox xoşuma gəlirdi”.

Ağ Ev rəhbəri əlavə edib ki, Tereza Meylə 3-5 iyun tarixlərində Britaniya səfəri zamanı görüşəcək.