Polislə şərt kəsdi – “15 min “like” yığsam, təslim olacam”

  • By admin
  • 24 May 2019 22:44

ABŞ-ın Torrinqton şəhərində polis qəribə şərtlə üzləşib.

“Gununsesi” xarici KİV-ə istinadən xəbər verir ki, Joze Simms adlı 29 yaşlı cinayətkar haqqında həbs qərarı çıxdıqdan sonra “Facebook” vasitəsilə polislə dialoqa başlayıb. O, yayılan fotosuna 15 min nəfər “like” verərsə, təslim olacağını deyib.

Ancaq Joze 22 min “like” toplasa da, sözünün üstündə durmayıb. Qəribədir ki, polis Jozenin şərti ilə razı olub və bu, ölkədə etiraz yaradıb.

Müttəhim dələduzluq, bir uşağın həyatını riskə atmaq cinayətləri üzrə axtarılıb.