Tramp Misir prezidentini özünün “sevimli diktatoru” adlandırıb " THE WALL STREET JOURNAL"-DAN MARAQLI İDDİA

  • By admin
  • 14 Sentyabr 2019 19:56

ABŞ prezidenti Donald Tramp “Böyük yeddilik “ölkələrinin Fransanın Biarrits şəhərində keçirilən zirvə topantısında daha bir qalmaqala imza atıbmış.

Gununsesi.org  “The Wall Street Journal” qəzetinə istinadən verdiyi xəbərə görə, Birləşmiş Ştatların dövlət başçısı Misir prezidenti Əbdülfəttah əl-Sisini adını çəkərkən onu əslində rüsvay edib.

Qəzetin bildirdiyinə görə, insident sammitin keçrildiyi “Hotel du Palais” otelinin zallarından birində baş verib. Burada Donald Tramp misirli həmkarı ilə görüş keçirməli imiş.

“Mənim sevimli diktatorum harda qaldı”,-deyə ABŞ prezidenti bu sözləri elə ucadan səsləndirib ki, onu amerikalı və misirli diplomatların hamısı eşidib.

Qəzet bundan sonra Ağ Evin rəhbərinin sözlərinin zarafat kimi anlaşılmasına rəğmən, zalda uzun müddət pərtlik sezildiyini yazıb.

 

Gununsesi.org