
ABŞ prezidenti Donald Trampın 35 yaşlı böyük qızı İvanka artıq Ağ Evdə Trampın müşaviri səlahiyyətlərini icrasına başlayıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Ağ Evdən məlumat verilib.
Belə ki, federal hökumətdən əmək haqqı almadan vəzifəsini icra edəcək İvankanın başlıca vəzifəsi atasının “gözü və qulaqları” olmaqdır.
Qeyd edək ki, yanvarın 20-də D. Tramp rəsmi olaraq ABŞ prezidenti vəzifəsinin icrasına başlayıb və o gündən etibarən İvanka D. Trampın dünya liderləri ilə görüşündə iştirak edib.
İvanka Trampın həyat yoldaşı Kared Kuşner D. Trampın böyük müşaviri vəzifəsində çalışır.
Anar
Gununsesi.info











