Tramp qoşunların Əfqanıstandan çıxarılacağını təsdiqlədi

  • By admin
  • 31 İyul 2020 22:50
ABŞ yaxın gələcəkdə Əfqanıstandan ordusunu tamamilə çıxarmağı planlaşdırır.
Gununsesi.info “TASS”a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp təsdiq edib.
“Tez bir zamanda Əfqanıstanı tərk edəcəyik”, deyə Amerika lideri Ağ Evdəki tədbirdə vurğulayıb.
Bundan əvvəl, ABŞ dövlət katibi Mayk Pompeo bəyan edib ki, radikal “Taliban” hərəkatı ilə əvvəlcədən bağlanmış sülh razılaşması çərçivəsində ABŞ gələn ilin may ayına qədər qoşunlarını Əfqanıstandan çıxarmaq niyyətindədir.
Gununsesi.info