Tramp sanksiyalarla bağlı qanuna etiraz etdi - FOTO

  • By admin
  • 02 Avqust 2017 20:47

tramp-5

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Senatın təqdimatından sonra Rusiya, KXDR və İrana qarşı imzaladığı sanksiyalara dair qanunda ciddi nöqsanlar var”.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, bu barədə D.Trampın Ağ Evin saytında yayılan bəyanatında bildirilir.

«Rusiya, İran və Şimali Koreyanın aqressiv və dağıdıcı hərəkətlərinə qarşı sərt tədbirləri dəstəkləsəm də, qanunda ciddi nöqsanlar mövcuddur. İlk növbədə ona görə ki, sənəd icra hakimiyyətinin danışıqlar aparmaq hüququnu məhdudlaşdırır. Bu isə ABŞ xalqının rifahına yönələn sazişlərin bağlanmasını mürəkkəbləşdirəcək, Çin, Rusiya və Şimali Koreyanı isə bir-birinə yaxınlaşdıracaq”-deyə, D.Tramp qeyd edib.

D.Tramp həmçinin Konqresin dövlət başçısının Rusiya üzərindən sanksiyaları aradan qaldırmaq hüququndan məhrum edilməsinə dair qərarını da pisləyərək vurğulayıb ki, sanksiyalar barədə qanunu ABŞ-ın milli birliyi naminə imzalayıb.

Gununsesi.info