Tramp: “Seçkidə yalnız bir halda məğlub ola bilərəm”

  • By admin
  • 27 Sentyabr 2020 10:03

ABŞ Prezidenti  Donald Tramp hesab edir ki, noyabrda keçiriləcək seçkilərdə yalnız bir halda məğlub ola bilər.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

ABŞ Prezidenti yalnız rəqiblərinin – demokratların poçtla səsvermədə “kələkbazlıq” edəcəyi halda məğlub ola biləcəyini qeyd edib.

O, bildirib ki, demokratlara bunu etməyə imkan vermək olmaz, çünki bu insanlar ABŞ-ı “dağıdacaq”lar.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək.

 

 

Gununsesi.info