“Tramp tərəfindən namusu ləkələnmiş qulluqçu” - MADURO MEKSİKA PREZİDENTİ HAQDA

  • By admin
  • 04 Avqust 2017 08:14

maduro-ilya

Venesuela prezidenti Nikolas Maduro meksikalı həmkarı Enrike Penya Nyetonu “qorxaq” və “Donald Tramp tərəfindən namusu ləkələnmiş qulluqçu”  adlandırıb.  

Gununsesi.info-nun xəbərinə görə, belə ki, Meksika bundan əvvəl Venesuelada keçirilən seçkiləri tanımaqdan imtina edib və ABŞ-ın bu ölkə əleyhinə tətbiq etdiyi sanksiyaları dəstəkləyib.

“Penya Nyeto mənə qulaq as: sənin üçün çox ayıb olmalıdır ki, bu cür rəftara izn verirsən. Mən Penya Nyetonu rəhbəri Tramp tərəfindən namusu ləkələnmiş, zorlanmış bir qulluqçu kimi görürəm” – deyə, Maduro qeyd edib.

Venesuela prezidenti hesab edir ki, Tramp Meksika prezidentinə sərhəddə ucaldılan divarın xərclərinin ödənilməsinə dair əmrlər verir:

“Siz divara görə ödənişlər etməkdən imtina etsəniz, ABŞ sizinlə bir daha görüşmək istəməyəcək”.

Gununsesi.info