Əli Həsənovun nəvəsinin avtoqəzada həlak olması xəbəri təsdiqlənmədi - BAKIDA 2 NƏFƏRİN ÖLÜMÜ İLƏ NƏTİCƏLƏNƏN QƏZA BAŞ VERDİ - FOTO

  • By admin
  • 04 Avqust 2017 08:04

avtoqeza

Bakıda iki nəfərin ölümü və bir nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, qəza nəticəsində “Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsü və bir piyada ölüb, bir nəfər isə yaralanıb.

“Mercedes Gelandewagen”in sürücüsü Mehdi Əliyev hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub.

Qeyd edək ki, hadisə zamanı baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin maşında olması və dünyasını dəyişməsi ilə bağlı yayılmış xəbərlər yayılsa da, bu xəbərlər təsdiqini tapmayıb.

Gununsesi.info