Tramp “TikTok”u qadağan edən sənəd imzalayacaq

  • By admin
  • 01 Avqust 2020 10:23

ABŞ Prezidenti Donald Tramp Çinin “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə qadağa qoymaq niyyətində olduğunu elan edib.

Gununsesi.info bildirir ki, bu barədə “The Hill” nəşri xəbər yayıb.

D.Tramp bildirib ki, təcili iqtisadi səlahiyyətlərindən istifadə edərək, ABŞ-da “TikTok”un işini qadağan edən sənəd imzalaya bilər.

Birləşmiş Ştatlar prezidenti əlavə edib ki, “TikTok”un ABŞ-da fəaliyyət göstərən hansısa şirkət tərəfindən satın alınmasını da dəstəkləmir.

Gununsesi.info