
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp orduda cinsini dəyişmiş kişilərə yer olmadığını açıqlayıb.
Prezident bu barədə məlumatı “Twitter” sosial şəbəkəsindəki rəsmi səhifəsində paylaşıb. Donald Tramp general və hərbi mütəxəssislər ilə görüşündən sonra bu qənaətə gəldiyini bildirib.
Qeyd edək ki, transseksualların orduda xidmətinə qoyulan qadağa eçən il keçmiş prezident Barak Obama tərəfindən ləğv edilmişdi.

Gununsesi.info












