Trampdan fəlsəfi çıxış: Moskvaya xoş sürpriz

  • By admin
  • 19 Sentyabr 2017 22:57

elxan1_(1)
ABŞ Prezidenti Donald Trampın BMT sessiyasındakı bugünkü çıxışı daha çox fəlsəfi əhəmiyyət daşıyırdı.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Feysbuk səhifəsində ABŞ prezidenti Donald Trampın BMT kürsüsündə çıxışına münasibət bildirərkən qeyd edib. Onun sözlərinə görə, Amerikanın dəyərlərindən danışan Tramp bu dəyərləri heç kimə güclə sırımaq istəmədiklərini bildirib:

“Buna baxmayaraq, Tramp ölkəsi və beynəlxalq aləm üçün əsas təhlükəli olan Şimali Koreya, İran və Venesuelanın adını çəkməklə kifayətləndi. O, nə Rusiya, nə də Çindən danışdı, Moskvanı və Pekini kəskin tənqid etmədi. Bu, Moskva üçün də xoş sürpriz oldu. Halbuki, amerikalı ekspertlər hər zaman Amerikanın siyasətinə mane olan iki güc mərkəzi olduğunu deyirlər. Ekspertlər Çin və Rusiyaya qarşı mübarizə aparmaq lazım olduğunu bildirsələr də, görünür, Tramp fərqli düşünür. O, çıxışında hətta Şimali Koreyanın nüvə problemi mövzusunda verdiyi dəstəyə görə Rusiyaya təşəkkür etdi”.

Politoloq bildirib ki, Ukraynanın problemləri və Krımın işğalı Trampı maraqlandırmır:

“Bunu onun sessiyadakı çıxışı bir daha göstərdi. Trampın Venesuelanın timsalında sosializmi və kommunizmi yerdən yerə vurması maraqlı idi. Ancaq sosializm və kommuniz bu gün üçün aktual mövzular deyil”.

 

Gununsesi.info