Trampdan müsəlmanlara Ramazan mesajı

  • Müəllif: admin
  • 23 Aprel 2020 21:07

ABŞ Prezidenti Donald Tramp dünya müsəlmanlarına müqəddəs Ramazan ayı münasibətilə təbrik mesajı yollayıb.

Gununsesi.org xarici mediaya isitnadən xəbər verir ki, Ağ Ev rəhbəri həm ABŞ-dakı, həm də dünyanın digər ölkələrindəki müsəlmanlara bərəkətli və hüzurlu bir ay arzulayıb. Ramazanın yenilənmə və inancların möhkəmlənməsi üçün fürsət olduğunu bildirən Tramp deyib:

“Oruc tutub Quran oxumaq, köməyə ehtiyacı olanlara yardım etmək İslam inancının önə çıxardığı sülh, nəzakət, digərlərinə qarşı sevgi və hörmət kimi qlobal dəyərlərlə sıx bağlıdır.

Həm ABŞ-dakı, həm də bütün dünyadakı müsəlmanlara bərəkətli və hüzurlu Ramazan diləyirəm. Ramazan mübarək olsun”.

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı aprelin 25-də başlayır.

 

 

Gununsesi.org