Trampı qarşıda  hələ çox sürprizlər gözləyir - EKSPERT

  • Müəllif: admin
  • 31 Yanvar 2017 14:30
tramp
Donlad Trampı andiçmə mərasimindən sonra ABŞ-da ona qarşı ciddi etiraz aksiyalar keçirilməkdədir və bu aksiyalara dünyaca məhşur  aktyor və müğənnilər də qoşulub. Artıq bir sıra ekspertlər Trampın prezidentliyi dövründə nəinki Amerika cəmiyyətində, eyni zamanda dünyada ciddi katalikzmlər gözlənilir.
ABŞ-da baş verən  etiraz aksiyalarına və ictimai-siyasi proseslərlə bağlı mövqeyini Gununsesi.info-ya açıqlayan ekspert Azər Rəşidoğlu bildirib ki, Donald Trampın prezidentliyinin istər daxili, istərsə də xarici narazılıqlara yol aça biləcəyini öncədən ehtimal etmişdik. “Zənnimcə, narazılıqlar davam edəcək və Tramp üçün sürprizlər hələ qarşıdadır. Bu baxımdan Trampın sona qədər öz postunda qala biləcəyinə inanmıram”- deyə, ekspert vurğulayıb.
Bununla belə ekspert hesab eir ki, Tramp daxildəki  prosesləri yatırmaq üçün müəyyən vasitələrdən istifadə edəcək: “Tramp xarici düşmən amili ilə ölkə daxilində narazılıqları dəf etməyə çalışacaq. Bu baxımdan, ABŞ-ın İrana savaş aça biləcəyini ehtimal edə bilərik”.
Ekspert hesab edir ki, Trampın İrana savaş açması yeni faciələrə yol aça bilər: “Yeni savaş bölgədə yeni problemlərə yol aça bilər və sonucda Tramp üçün yeni tələyə də çevrilə bilər”.
Gununsesi.info-ya açıqlamasında Cənubi Qafqaz Politoloqlar Klubunun rəhəbəri İlqar Vəlizadə  deyib ki,  Amerikada baş verən proseslərin arxasında güclü siyasi dairələr dayanır və bu da  küçələrdə özünü göstərir. “Arxa planda dayanan siyasi dairələr  ölkə daxilində vəziyyəti gərginləşdirməklə Trampla siyasi alverə gedib, istədiklərini əldə etmək istəyirlər. Yəqin ki, Tramp da vəziyyətin daha da gərginləşməməsi  və mövqeyini qoruyub saxlamaq üçün həmən dairələrlə müəyyən siyasi anlaşmaya gedəcək.  Tramp siyasətində müəyyən korrektələr etmək zorunda qalacaq”- deyə, politoloq vurğulayıb.
İ.Vəlizadənin fikrincə, yaranmış durumdan məğlubiyyətləri ilə hələ də barışmayan demokratlar da istifadə edərək, itirdiklərini kompensasiya etməyə çalışır: “Demokrtalr da yaranmış vəziyyətdən yararlanaraq, vəziyyəti daha da mürəkkbələşdirməklə Trampa müqaviməti artırır və onun həyata keçrimək istədiyi siyasətə  əngəllər yaradırlar. Bu yolla demokratlar   həm cəmiyyətdəki güclərini trampa nümaiyə etdirmək istəyir,həm də ölkədə gələcəkdə keçiriləcək seçkilərdə qanunverici orqanlarda  itirdikləri mövqeləri bərpa etməyə çalışırlar”.
Trampın vaxtında əvvəl prezident vəzifəsindən gedəcəyi ilə bağlı səslənən fikirlərə gəldikdə İ.Vəlizadə  hesab edir ki, onun vaxtından əvvəl getməsi ağlabatan məsələ olmasa da, bu hal istisna deyil: “Tramp ancaq Konqresdə impiçment yolu ilə vəzifəsindən kənarlaşdırıla bilər. Ancaq bu günü Amerikanın qanunverici orqanında çoxluq respöublikaçılarda olduğundan bu, o qədər inandırıcı görünmür.  Lakin respublikaçıların da müəyyən qisminin Trampa qarşı olduğunu və onu istəmədiyni  nəzərə alsaq, o zaman  dediklərimiz nəzəri cəhətdən mümkündür.
Düzdür, respublikaçılar hələ ki, Trampı idarəolunan bir prezident etmək üçün çalışırlar. Tramp da praqmatik siyasətçidir və  vəziyyəti nəzərə alaraq respublikaçıların təkliflərini qəbul etsin. Yox, əgər  Tramp onların dediyini etməzsə, o zaman onlar  Trampın səhvindən istifadə edib, vaxtından əvvəl yola sala bilərlər”.
Mürtəza Bünyadlı
Gununsesi.info