Trampın daha bir  kadrı istefa verdi

  • By admin
  • 12 Aprel 2018 11:55

ABŞ prezidenti Donald Trampın Milli təhlükəsizilik üzrə müşavirinin müavini Nadya Şedlou istefa verib.

Gununsesi.info  xəbər verir ki, Nadya Şedlounun istefa ərizəsinin surəti  CNN-də nümayiş olunub.  N. Çedlou aprelin 10-da istefa ərizəsi yazıb.

Ağ Evdən isə bildiriblər ki,  Şedlou aprelin 27-dək öz vəzifəsini icra edəcək. “Administrasiya Şedlouya  “America first” milli təhlükəsizlik strategiyasındakı zəhmətinə, həmçinin,  fəaliyyətinə və liderlik keyfiyyətinə görə təşəkkür edib.

Gununsesi.info