Trampın reytinqi kəskin artmağa başlayıb

  • By admin
  • 12 Avqust 2017 12:04

trampsefir

Son bir həftədə ABŞ prezidenti Donald Trampın populyarlıq reytinqi artmağa başlayıb.

Gununsesi.info reuters-ə istinadən xəbər verir ki, Rasmussen Reports İnstitutunun apardığı sorğu nəticəsində ABŞ prezidenti Donald Trampın populyarlıq reytinqi 6 faiz artaraq 45 faizə qalxıb.

Bir həftə öncə Trampın populyarlıq reytinqi 39 fazi olub. Media və bir çox ekspertlər onun reytinin getdikcə aşağı düşəcəyini yazırdı. Ancaq son həftədə Trampın beynəlxalq proseslərdə sərgilədiyi mövqe, xüsusən də Şimali Koreyaya, Rusiyaya qarşı sərgilədiyi mövqe və sanksiyalar onun reytinqinin artmasına səbəb olub.

Gununsesi.info