Trampın vergi məlumatlarının açıqlaması tələbi ilə yürüşlər keçirilib

  • Müəllif: admin
  • 17 Aprel 2017 10:54

Protesters are gathered during a Tax Day demonstration on Capitol grounds in Washington, Saturday, April 15, 2017, calling on President Donald Trump to release his tax returns.  (AP Photo/Manuel Balce Ceneta)

Nyu-York da daxil edilməklə, ABŞ-ın onlarla şəhərində prezident Donald Trampın vergi məlumatlarının açıqlaması tələbi ilə yürüşlər keçirilib. Tramp isə iddia edir ki, ictimaiyyət onun vergi işi ilə maraqlanmır.

Nyu-York

Nyu-York

150 şəhərdə “Vergi yürüşü”nün təşkilatçıları Trampın son 40 il ərzində sələflərinin vergi qayıdışlarını açıqlması ənənəsinə məhəl qoymamasına diqqət cəlb edilməsinə çalışdıqlarını deyib.

Trampın vergi əleyhdarları ilə mühafizəkar qruplar arasında qarşıdurma olub.

Polis qarşıdurmalara müdaxil edib, nümayişçiləri təmkinli olmağa səsləyib.

Nyu-York

Nyu-York

Ən böyük iki nümayiş Los Anjeles və Nyu-Yorkda qeydə alınıb. Hər yürüşə 5 mindən çox nümayişçinin qatıldığı bildirilsə də, bu haqda rəsmi məlumat açıqlanmayıb.

Yürüşlər Amerikada aprelin 15-i son möhləti olan vergilərin hesablanması gününə təsadüf edib. Bu il bu müddət bayramlara görə aprelin 18-dək uzadılıb.

Gununsesi.info