Trolleybusa minə bilməyən qadından ağlagəlməz hərəkət - FOTO / VİDEO

  • By admin
  • 01 İyun 2020 21:46
Ukraynada koronavirus tədbirləri çərçivəsində ictimai nəqliyyatadan istifadə edə bilməyən yaşlı qadın trolleybusun arxasındakı pilləkənlərdən tutaraq səyahət edib. Baş verən hadisə ilə bağlı ortaya çıxan görüntülər sosial mediada böyük əks-səda doğurub.
Gununsesi.org xəbər verir ki, Ukraynanın Çernovtsi şəhərində yaşayan yaşlı bir qadın koronavirus məhdudiyyətləri səbəbi ilə icitmai nəqliyyatdan istifadə edə bilməyincə çarəni troleybusun arxasındakı pilləkənlərdən yapışmaqda tapıb.
Qeyd edək ki, vəziyyətdən xəbərdar olan sürücünün qadını növbəti dayanacaqda troleybusdan endirdiyi bildirilib.

 

 

Gununsesi.org