
“Kara para aşk” serialında birlikdə iştirak edən Tuba Büyüküstün və Engin Akyürekdən pərəstişkarlarını sevindirəcək xəbər var.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur oyunçular Tuba Büyüküstün və Engin Akyürek yeni filmdə birlikdə rol alıb.
Belə ki, “Kara Para Aşk” serialındakı rollarıyla ekranların ən unudulmaz cütlüyü sırasına girən Tuba Büyüküstün və Engin Akyürek sürpriz bir iddiayla ortaya çıxıblar.
Gəzən söhbətlərə görə, məşhur ikili bir kino filmində artıq rol belə alıblar. Hətta Tuba Büyüküstün və Engin Akyürek film üçün birlikdə razılığa da gəliblər.
Gununsesi.info












