Tunisdə parlament seçkilərində səsvermə başlayıb

  • By admin
  • 06 Oktyabr 2019 16:55

Bu gün Tunisdə parlament seçkilərində səsvermə başlayıb.

Gununsesi.org-un məlumatına görə, ümumilikdə 7 milyondan çox Tunis vətəndaşı dövlət başçısı postuna namizədlərə səs verə biləcək. Tunisin əhalisi 11 milyon nəfər təşkil edir.

Ölkənin əksər bölgələrində seçki məntəqələri yerli vaxtla 08:00-da açılıb və saat 18:00-da bağlanacaq.

Seçkilər 33 seçki dairəsində keçiriləcək, onlardan 27-i ölkə ərazisində yerləşir.

217 yerlik Xalq Nümayəndələri Assambleyasında deputat vəzifələrinə 15,3 mindən çox namizəd var.

 

 

Gununsesi.org