Tünzalə Ağayevanın konsertində sürpriz qonaq

  • By admin
  • 26 May 2016 14:57

Tunzala Aghayeva

Xalq mahnımız “Sarı Gəlin”i oxuyaraq sevgimizi qazanan İtaliyalı müğənni İn-Qrid “Ümid yağışı” adlı albomunu təqdim edib. Gununsesi.info xəbər verir ki, albom Azərbaycan, fransız, ingilis və italyan dillərində təqdim edilib. Maraqlı məqamlardan biri də odur ki, bəstəkar Gövhər Həsənzadə müğənni İn-Qridin yanında bəstəkar olaraq deyil, musiqilərə yazılmış sözlərin müəllifi kimi əyləşib. Alxanlının musiqilərindən ibarət olan bu albomda bəstəkar Gövhər Həsənzadə mahnıların söz yazarıdır.

Albom yalnız Azərbaycanda deyil, Avropanın digər paytaxtlarında da toplu konsert formasında geniş tamaşaçı kütləsinə təqdim olunacaq. Bu gün isə İn-qrid albomdakı musiqiləri konsertində ifa edəcək.

Bununla kifayətlənməyən müğənni sabah əməkdar artist Tünzalə Ağayevanın Yaşıl Teatrda baş tutacaq konsertində də qonaq olaraq tamaşaçılar qarşısına çıxacaq.

 

Sevinc Xeyrulla