TuranBanka yeni sədr təyin olunub

  • By admin
  • 10 İyul 2018 17:47

Картинки по запросу TuranBank

 

TuranBankın Müşahidə Şurası və İdarə Heyətinə yeni sədr təyin olunub.

TuranBankın Səhmdarlarının Ümumi Yığıncağının (SÜY) 29.06.2018-ci il tarixli qərarı ilə Bankın idarəetmə orqanlarının tərkibində dəyişikliklər edilib.

İdarə heyətinin sədri vəzifəsini icra edən Rauf Kazımov Müşahidə Şurasının sədri seçilib, Bankın İdarə Heyəti sədrinin birinci müavini olmuş Fəzail Musayev isə İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. Eyni zamanda, SÜY-nın müvafiq qərarı ilə Bankın İdarə Heyətinin üzvü Orxan Qarayev İdarə Heyəti sədrinin müavini vəzifəsinə seçilib.

 Qeyd edək ki, Bankın Müşahidə Şurasının sədri Fuad Musayev başqa işə keçməsi ilə əlaqədar vəzifəsini tərk edib.

 

Gununsesi.info