Turistləri ən çox cəlb edən şəhərin adı məlum oldu - FOTO

  • By admin
  • 08 Noyabr 2017 09:15

2017-ci ildə turistlər üçün ən cəlbedici şəhərlərin adları açıqlanıb.

Gununsesi.info xəbər verir ki, 2017-ci ilin turistlər üçün ən cəlbedici şəhəri Honq Konq seçilib.

Qeyd olunur ki, 2017-ci ildə şəhəri 25,7 milyon turist ziyarət edib.

Siyahıda ikinci yerdə Banqkok (23,3 milyon), üçüncü yerdə isə London qərarlaşıb (19,8 milyon).

Sinqapur, Makao, Dubay, Nyu-York, Şençjen və Kuala-Lumpur şəhərləri ilk onluğa daxil edilib.

Gununsesi.info