Türk Dövlətləri Təşkilatının sammiti keçiriləcək

  • By admin
  • 09 Noyabr 2022 11:23

Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının (TDT) sammiti keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda sammitdən bir gün əvvəl – noyabrın 10-da Özbəkistanda TDT-yə üzv ölkələrin xarici işlər nazirlərinin görüşünün keçiriləcəyi qeyd olunur.

Qeyd edək ki, TDT-nin üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandır. Macarıstan və Türkmənistan təşkilatda müşahidəçi statusuna malikdir.

TDT-yə üzv olan beş ölkənin hamısının liderləri qarşıdan gələn sammitdə iştirak edəcəklərini təsdiqləyiblər. Sammitin sonunda Səmərqənd Bəyannaməsinin qəbul edilməsi planlaşdırılır.

Səmərqənd sammitindən sonra TDT-yə sədrlik Türkiyədən Özbəkistana keçəcək.

Gununsesi.info