Türkan Şoray xəstəxanalıq oldu

  • Müəllif: admin
  • 20 Aprel 2018 16:20

“Yeşilçam”ın məşhur aktrisası Türkan Şorayın səhhətində problem yaranıb. 

Gununsesi.info xəbər verir ki, 72 yaşlı kino ulduzu ötən həftə İstanbuldakı özəl xəstəxanalardan birinə aparılıb. 

Məlum olub ki, Şoraya kəskin bağırsaq infeksiyalarına yoluxma diaqnozu qoyulub.

Beş gündür ki, xəstəxanada olan aktrisa həkimlərin nəzarəti altındadır. Yemək yeməkdə çətinlik çəkən Türkan Şorayın 2 kilo arıqladığı da bildirilb.

Gununsesi.info