Türkiyə 3 şəhid verdi

  • By admin
  • 09 Sentyabr 2016 20:39

sehid

Türkiyə Silahlı Qüvvələrinin Suriyada apardığı “Fərat qalxanı” əməliyyatının 17-ci günü də Türkiyə üçün itkisiz bitməyib.

Gununsesi.info Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, İŞİD terror təşkilatı Suriyanın Rai bölgəsinin Tell Əl Hava kəndinin yaxınlığında Türkiyəyə məxsus tanklara raket atıb. Hadisə nəticəsində 3 əsgər şəhid olub, 1 əsgər yaralanıb. Bu barədə Türkiyə Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

HTML tutorial

Xatırladaq ki, Türkiyə “Fərat qalxanı” adlı əməliyyata avqustun 24-də start verib. Türkiyə ordusunun Suriyada həyata keçirdiyi əməliyyat çərçivəsində dəstəklədiyi müxalif Azad Suriya Ordusu 10-dan çox kəndi terrorçulardan azad edib.

Türkiyə ordusu əməliyyatın başladığı gündən bugünə qədər 7 şəhid verib.

 

Gununsesi.info