Türkiyə kürdlərə ultimatum verdi

  • By admin
  • 29 Avqust 2016 15:41
cavuska
“Əgər Suriya kürdlərinin yaraqlıları  Fərat çayının şərq sahilinə  keçməyəcəyi təqdirdə,  Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyatnın hədəfinə çevriləcək”.
 Gununsesi.info xəbər verir ki, belə bir bəyanatla  Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu keçridiyi mətbuat konfransında çıxış edib. Onun sözlərinə görə, Türk  ordusunun Suriyanın Cerablus qəsəbəsində  həyata keçirdiyi  əməliyyatın əsas hədəfi  bölgəni İŞİD terrorçulardan təmizləməkdir. “İŞİD terrorçularını hava hücumları ilə məhv etmək  mümkün deyil, onları ancaq yerüstü  hərbi əməliyyatlar nəticəsində mümkündür. Türk ordusunun  yardımı ilə həyata keçirilən  əməliyyatda  yerli əhali iştirak edir. Bu torpaqlara o insanlar qaytımalıdır ki, orada daimi onlar yaşayıb. Ancaq bundan fərqli olaraq  suriyalı kürdlərin özünümüdafiə qüvvələrinin məqsədi başqadır. Suriyalı kürdlər  yerli sakinləri öz doğma yurdlarından tərk etməyi tələb etməklə, əslində etnik təmizləmə ilə məşğuldurlar”- deyə, M. Çavuşoğlu bildirib.
 Gununsesi.info