Türkiyə səfiri türkiyəli tələbələrlə görüşüb - BDU-DA

  • By admin
  • 03 Aprel 2017 14:58

unnamed (8)

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Bakı Dövlət Universitetində (BDU) olub. 

BDU-nun Mətbuat və informasiya şöbəsindən Gununsesi.info-ya verilən məlumata görə, rektor, akademik Abel Məhərrəmov Türkiyə universitetləri ilə əlaqələrdən, “ikili diplom” məsələsindən və bu günlərdə qardaş ölkənin 3 ali təhsil ocağı ilə imzalanan müqavilələrdən bəhs edib.

Səfir Erkan Özoral, öz növbəsində, universitetlər arasında elm-təhsil sahəsində  həyata keçirilən layihələrin vacibliyini vurğulayıb.

Daha sonra səfir Erkan Özoral BDU-da təhsil alan türkiyəli tələbələrlə görüşüb.

Tələbələri dinləyən səfir, eyni zamanda problemləri ilə maraqlanıb, təhsil aldıqları müddətdə vaxtı düzgün dəyərləndirməyi, peşəkar mütəxəssis kimi özlərini inkişaf etdirməyi tövsiyə edib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

unnamed (6) unnamed (7) unnamed (9)

Gununsesi.info