
Türkiyədə ağır yol-nəqliyyat hadisələri baş verib.
Gununsesi.info xəbər verir ki, Zonquldağdan Ankaraya gedən yolda avtobusun iştirakı ilə yol qəzası baş verib, nəticədə bir nəfər həyatını itirib, daha 16 nəfər isə yaralanıb.
Digər qəza İstanbulda baş verib. Metrobusların toqquşması nəticəsində 22 nəfər xəsarət alıb. Qeyd olunur ki, qəzanın səbəbi yaş asfalt olub. Bəylikdüzündən Topqapıya gedən metrobus dayanacağda dayanan digər metrobusla toqquşub.
Yaralananlar xəstəxanaya çatdırılıb.
Gununsesi.info