İstanbulun meşə sahəsində yanğın başlayıb.
Gununsesi.info Trendə istinadən xəbər verir ki, yanğın Qartal meşə massivində qeydə alınıb.
Məlumata görə, hazırda yanğın 2 ha ərazini əhatə edib. Əraziyə yanğınsöndürənlər cəlb edilib.
Yanğının baş vermə səbəbi açıqlanmayıb.
Qeyd edək ki, sonuncu dəfə Türkiyədə böyük miqyasda meşə yanğını ölkənin cənubunda Hatayda qeydə alınıb.
Türkiyə ərazisinin 27,6 faizini meşə sahələri təşkil edir.