Türkiyə 11 terrorçunu məhv etdi

  • Müəllif: admin
  • 04 İyul 2018 11:10
 

 

Türkiyə Silahlı Qüvvələri (TSQ) dünən və bu gün İraqda keçirdiyi əməliyyatlar nəticəsində 11 PKK terrorçusunu zərərsizləşdirib.

Gununsesi.info TSQ-nin Baş Qərargahının Twitter hesabına xəbər verir ki, əməliyyatlar Kandil, Avaşin-Basyan və Gara bölgələrində həyata keçirilib.

TSQ-nin terrorçulara qarşı keçirdiyi hava əməliyyatları nəticəsində həmçinin düşmənə aid anbarlar da məhv edilib.