Oman İranın Hörmüz boğazından keçən gəmilər üçün birgə ödəniş toplamaq təklifini rədd edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “The New York Post” qəzeti yazıb.
Nəşr qeyd edir ki, ABŞ prezidenti Donald Trampla qarşıdurmadan qaçmaq üçün Maskat hətta boğazda təhlükəsizliyin və ətraf mühitin qorunmasının təmin edilməsi üçün könüllü ianələr ideyasını da rədd edib.
Daha əvvəl bir amerikalı rəsmi “Axios” portalına verdiyi açıqlamada İranın Hörmüz boğazına nəzarəti itirdiyini və hazırda ABŞ-nin nəzarəti altında olduğunu bildirmişdi.
Bir neçə ABŞ rəsmisinin sözlərinə görə, Hörmüz boğazının böyük hissəsi minalardan təmizlənib və son həftələrdə “boğazın cənub hissəsindən getdikcə daha çox tanker keçir”. Media vurğulayıb ki, bu, İranın qlobal enerji bazarlarına təsirini “əhəmiyyətli dərəcədə azaldır”.












