
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Türkiyənin Gömrük İttifaqına qoşula biləcəyi ilə bağlı informasiyaya münasibət bildirib.
Gununsesi.info-nun məlumatına görə, səfir jurnalistlərə açıqlamasında bu məsələ ilə bağlı dəqiq qərarın olmadığını deyib.
Səfir bildirib ki, bu iqtisadi və siyasi məsələdir.
“Bu məsələ dəqiqliklə qiymətləndiriləcək və sonradan yekun qərar veriləcək”.
Xatırladaq ki, Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi Avrasiya İttifaqının Gömrük Birliyinə daxil olmaq üçün bu il müraciət edəcəklərini bildirib.
Gununsesi.info










