Türkiyə Avropa Məhkəməsindəki şikayətlərin sayına görə 1-ci yerdədir - AZƏRBAYCAN İSƏ...

  • By admin
  • 16 Noyabr 2022 16:24
Son illər Türkiyədə insan haqları sahəsində ciddi geriləmə Avropa İnsan Hüquqları Məhkəməsinə daxil olan şikayətlərə də təsir edib. 
Gununsesi.info-nun Avropa Məhkəməsinə istinadən verdiyi xəbərə görə, Rusiya Avropa Şurasından çıxarıldıqdan sonra Avropa Məhkəməsində baxılmasını gözləyən işlərin siyahısına görə Türkiyə 1-ci yerə çıxıb.
Avropa Məhkəməsinin 2022-ci ilin 31 oktyabr tarixinə olan məlumatına görə, Türkiyə 19850 işlə ilk yerdədir.
Rusiya 17050 işlə 2-ci, Ukrayna 10750 işlə 3-cü, Rumıniya 4950 işlə 4-cü, İtaliya 3850 işlə 5-ci, Yunanıstan 2850 işlə 6-cı, Polşa 2600 işlə 7-ci, Azərbaycan 2200 işlə 8-ci yerdədir.
Ermənistan 1250 işlə 10-cu yerdədir.
 Afət Abbasova
Gununsesi.info