Ukrayna İçkeriyа Çeçenistan Respublikasının suverenliyini tanıyıb

  • By admin
  • 16 Noyabr 2022 16:16

 Ukrayna Ali Radası Çeçenistan ərazisini Rusiya tərəfindən “müvəqqəti işğal olunmuş” kimi tanıyıb.

Gununsesi.info-nun Ukrayna mediasına istinadən xəbər verir ki, Ali Rada  “İçkeriya Çeçenistan Respublikası”nın suverenliyini tanıyıb və “çeçen xalqının soyqırımını” qınayıb. Müvafiq qərar layihəsinin lehinə 287 deputat səs verib, 64 nəfər səsvermədə istirak etməyib.

Qeyd edək ki, bu qərar layihəsi iyulun 12-də Ukrayna Ali Radasının saytında İçkeriyanın suverenliyinin tanınması ilə bağlı yerləşdirilib.

Müəllifləri deputatlar Aleksey Qonçarenko və Musa Maqomedovun hazırladığı “Çeçenistan İçkeriya Respublikasına qarşı” adlı sənəddə  deyilir ki, Ali Rada BMT Nizamnaməsinə zidd olaraq silahlı təcavüz nəticəsində Çeçenistan İçkeriya Respublikasının Rusiya Federasiyası tərəfindən müvəqqəti işğalı kimi tanındığını elan edir, Birinci və İkinci Çeçen müharibələri zamanı Rusiya Federasiyasının törətdiyi beynəlxalq cinayətləri pisləyir.

Qətnamənin izahatında deyilir ki, SSRİ-nin dağılmasından sonra çeçen xalqı “güzəştsiz və yekdilliklə” müstəqillik seçib, bundan sonra Rusiya özünün “imperialist ambisiyalarına” əməl edərək, guya “çeçen terroristlerle mubarizə aparmaq” xususi əməliyyat planını həyata keçirib. Həmçinin, Ukrayna Parlamenti BMT-yə üzv dövlətləri və beynəlxalq təşkilatları “müvəqqəti olaraq işğal edilmiş Çeçenistan İçkeriya Respublikası” ərazisində törədilmiş beynəlxalq cinayətlərin müstəqil və qərəzsiz araşdırılmasını təmin etməyə və günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.

Bundan əlavə Ukrayna Ali Radası Çeçenistan İçkeriya Respublikasını “Rusiya Federasiyası tərəfindən müvəqqəti işğal olunmuş ərazi” elan edib və “çeçen xalqının soyqırımını” pisləyib.

Tərcümə:

Adil Elxanoğlu

Gununsesi.info