Türkiyə bankları kredit faizlərini azaldır

  • By admin
  • 07 Avqust 2016 12:39

faiz

 

Türkiyənin Bankların Fəaliyyətinə Nəzarət Şurasında (BDDK) ölkənin bank rəhbərləri ilə görüş keçirilib.Gununsesi.info saytı xəbər verir ki, bankirlərin bir araya gətirilməsinə səbəb prezident Rəcəb Tayyib Ərdoğanın ölkə banklarına ipoteka kreditlərinin illik faiz dərəcəsini 9%-ə endirməklə bağlı tövsiyəsidir.

Görüşdə BDDK-nın rəhbəri Mehmet Ali Akben bank sahiblərinə müraciət edərək, onları nəinki ipoteka, digər kreditləri də ucuzlaşdırmağa çağırıb: “Bu, bütün banklar üçün faydalı olacaq. Tədricən xarici banklar da faizləri azaldacaq”.

Bank rəhbərləri ucuzlaşma ilə bağlı təklifə müsbət yanaşıblar və bu istiqamətdə iş aparacaqlarını deyiblər.

Gununsesi.info