Türkiyə bir həftədə 67 terrorçunu zərərsizləşdirib

  • Müəllif: admin
  • 14 Aprel 2018 13:57

Türkiyə Silahlı Qüvvələri ötən bir həftədə Türkiyə və İraqın şimalında aparılan əməliyyatlarda zərərsizləşdirilən terrorçuların sayını açıqlayıb.

Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, aprelin 7-13-ü tarixində Tunceli, Diyarbəkir, Şırnak və İraqın şimalındakı əməliyyatlarda 67 terrorçu zərərsizləşdirilib.

Məlumatda qeyd edilib ki, “Zeytin Dalı” hərəkatı başlayandan bu günə qədər 4157 terrorçu zərərsizləşdirilib.

 Gununsesi.info