“Türkiyə çempion olsa, ofisiantlıq edəcəm” - AVROPALI ULDUZ

  • By admin
  • 12 İyun 2016 12:21

Turkey Team

 

Türkiyənin turnirdə ilk oyunu Xorvatiyaya qarşı olacaq.

Xorvatiya millisinin sabiq üzvü İvan Klasniç maraqlı açıqlama ilə gündəmə gəlib. Gununsesi.info xəbər verir ki, “Avro-2008″in 1/4 finalında Türkiyə millisinə qol vuran Klasniç Fransada keçirilən turnirdə “Ay-ulduzlular”ın şanslarından söz açıb.

O, Türkiyənin çempion olacağı halda ofisiantlıq edəcəyini bildirib. Vaxtı ilə qardaş ölkədə “Qaziantepspor”un formasını geyinən xorvatiyalı məsələyə belə münasibət bildirib:

Türkiyə ilə ilk oyunda yaxşı nəticə əldə edəcəyimizi düşünürəm. Komandanın motivasiyası üst səviyyədədir. Oyuna yaxşı hazırlaşıblar. Keçmişdə məyus olduğumuz matçın revanşını almaq istəyirik. 2008-ci ildəki qarşılaşma bizim üçün dramatik oyun idi. Həmin gün meydanda kimin ən yaxşı olduğunu anlamaq çətin idi. 119-cü dəqiqədə qol vuranda böyük sevinc yaşadıq. Elə o an “bu iş bitdi” deyə düşünmüşdüm. Amma düşündüyüm kimi olmadı. Hətta ölkədə heykəlim də hazırlnamışdı, kimsənin düşünmədiyi anda məhv olduq. İtaliyan restoranı işlədən bir dostumla bəhsə girmişik. Mənə Türkiyənin çempion olacağını dedi. Onunla bəhsə girdim ki, Türkiyə çempion olsa, mən də sənə ofisiantlıq edəcəm”.    (Anspress)

 

600@0