Türkiyədə Cövhər Dudayev parkı açıldı -FOTOLAR

  • By admin
  • 16 Dekabr 2021 09:40
Türkiyənin şimal-qərbindəki Kocaeli vilayətinin Körfez qəsəbəsində 1990-cı illərin əvvəlində başlanan  Çeçen azadlıq hərəkatının lideri Cövhər Dudayevin  adını daşıyan park açılıb.
Gununsesi.info xəbər verir ki, bu haqda  türk mediasının yerli “Sabah” qəzeti məlumat yayıb.
Mehtər marşı sədaları altında təntənəli  açılış tədbirinə bələdiyyə başqanı, bələdiiyyə və hökumət üzvləri ilə yanaşı, Kocaeli hərbi qarnozunun komandiri də qatılıb.  Natiqlər  Dudayevi “azadlıq uğrunda mübarizə”nin simvolu adlandırıb…
Türkiyədə Çeçenistan azadlıq lideri adına park açılması rəsmi Moskvanı qəzəbləndirib. Dünən –dekabrın 15-də  Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Türkiyəni  “Çeçenistandakı separatçı hərəkatın lideri”nə abidə qurulması,  yerli hakimiyyətin Dudayevi “azadlıq uğrunda mübarizənin simvolu” adlandırmasına görə “qınayıb”.  Rusiya rəsmisi “terrorçuların abidələri ilə bağlı Rusiyanın prinsipial mövqe tutduğunu vurğulayıb”.
Gununsesi.info